Şəkidə traktor aşdı - 12 yaşlı uşaq və əmisi öldü
8 İyul 2022 11:07 HadisəŞəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.Olaylar.az bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31