Sumqayıtda sabiq polis serjantı intihar etdi
6 İyul 2022 20:09 HadisəSumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.
Olaylar.az bildirir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.
Sumqayıt şəhər Baş Polis İdarəsinin sabiq 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.
Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.
Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31