Fəhlə zavodda faciəli şəkildə ölüb
6 İyul 2022 10:41 Hadisəİyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Olaylar" xəbər verir ki, faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31