Novxanı yolunda dəhşətli qəza

İyulun 4-də saat 21 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində Yardımlı rayon sakini A.Kərimovun idarə etdiyi "Lada Priora" və Şirvan şəhər sakini Eyvaz Seyfullayevin idarə etdiyi "QAZ-3110" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumatda bildirilib ki, E.Seyfullayev hadisə yerində ölüb, 2 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər. Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31