Astara rayonunda yanğın olub.
FHN-dən Olaylar -a verilən məlumata görə, Astara rayonunun Motalayataq kəndində ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31