Avtomobil yolu keçən kişini vurub öldürdü
1 İyul 2022 12:34 Hadisəİyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Nizami Rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31