4 gün öncə kanalda batan oğlanın meyiti tapıldı

Ötən ayın 27-də Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a  bildirilib ki, Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. Onun meyiti kanalın Qubanın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) tapılıb.Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31