Su anbarına yıxılan qızı iki saat qollarında saxladı - VİDEO
29 İyun 2022 10:32 HadisəXilasedici su anbarına yıxılan 15 yaşlı qızı iki saatdan çox qollarında saxlayıb.
Hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb.
Qurumdan vurğulanıb ki, xilasedicilərdən biri iki saatdan çox yeniyetməni qollarında tutub.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin 11 saylı yanğın-xilasetmə hissəsinin ayrıca postunun komandiri Maksim Tarasyuk yardım göstərmək üçün şlüzün altına dalmaq qərarına gəlib. Xilasedici iki saatdan artıq müddətdə nəinki yeniyetməni saxlayıb, həm də qıza psixoloji dəstək verib", - deyə qurumdan bildirilib.
Xilasedici isə özü üçün heç qorxmadığını, amma qız üçün narahat olduğunu deyib:
"Çünki axın güclü idi və özüm güclə dayanmışdım... O, panikaya düşə bilərdi, bütün şlüzdən keçə bilməsinə isə nəfəsi çatmazdı", - deyə Tarasyuk əlavə edib.
Regional FHN-dən bildirilib ki, yeniyetmə hadisədən xəsarət almadan xilas edilib.
Mənbə: TASS