Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
26 İyun 2022 10:46 HadisəSalyan rayonunda azyaşlı uşağı ilan sancıb.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Belə ki, 2018-ci il təvəllüdlü Səlimzadə Dəniz Əlövsət qızı həyətdə oynayarkən onun topuğundan ilan sancıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Lakin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31