Ağdamda içində sərnişin olan maşını sel aparıb
25 İyun 2022 12:06 HadisəAğdamda Xaçınçay çayına gələn sel içində sərnişin olan avtomobili aparıb.
Çaydan keçmək istəyən "VAZ 2107" markalı avtomobili sel aparıb.
Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
(apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31