Türkiyədəki meşə yanğınlarına kömək məqsədilə Azərbaycanın göndərdiyi amfibiya təyyarəsi fəaliyyətə başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Bu gün səhər saatlarından etibarən isə təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.



