Beyləqanda 15 nəfər pambıqdan zəhərlənib

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.

Pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyətləri stabildir.

Bunu Milli.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir: "Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31