Məktəb direktoru buna görə intihara cəhd edibmiş

Gəncədə intihara cəhd hadisəsi baş verib.

Olaylar.az bildirir ki, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.

Onun intihara hansı səbəbdən cəhd etməsinin səbəbləri məlum deyil.

Məktəb direktoru Gəncədə yerləşən xəstəxanalardan birində müalicə alır.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

"Unikal"ın məlumatına görə isə 1960-cı il təvəllüdlü müəllimənin iş yerində bəzi problemlər olub.

Məktəb müəllimləri onun bu səbəbdən intihara cəhd etdiyini bildirib.

cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31