Bakıda supermarketin xanım müdirini ölümlə hədələdilər
22 İyun 2022 11:29 HadisəBakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən supermarketlərdən birinin müdiri ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib.
Olaylar.az xəbər verir ki, Dadaş Bünyadzadə küçəsində yerləşən "Rahat" supermarketin rəhbəri, 1983-c il təvəllüdlü Y.A. işlədiyi yerə gələn şəxsin onu hədələdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, marketə gəlmiş 1977-ci il təvəllüdlü R.Əlizadə onu təhqir edib və öldürəcəyini deyib.
Marketlər şəbəkəsinin məsul əməkdaşının 102-yə müraciətindən sonra o, ərazi üzrə 29-cu Polis Şöbəsinə dəvət edilib.
Müraciətlə bağlı araşdırmalar aparılır.
mənbə: Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31