Bakıda velosipeddən yıxılaraq ölən məktəblinin FOTOSU
21 İyun 2022 15:32 HadisəXəbər verdiyimiz kimi, dünən Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/44 ünvanında 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az azxəbər-ə istinadla məlumat verir ki, 2006-cı il təvəllüdlü Röya Kazımova velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. 16 yaşlı qızın həyatını xilas etməyə çalışsalar da, o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qeyd edək ki, Röya Kazımova 269 nömrəli məktəbin 9-cu sinif şagirdi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31