Bakıda propan qazı FACİƏSİ: Kişi yanaraq öldü
20 İyun 2022 13:38 HadisəBakıda kişi faciəvi şəkildə ölüb.Olaylar.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.Propan qaz balonunun qəfil alışması nəticəsində 54 yaşlı Əliyev Mübariz Qurbanəli oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb.
O, dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə nəticəsində M.Əliyevin bədəninin 95 faizi yanıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31