Bakıda güclü YANĞIN

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31