Bakıda binanın lifti qırıldı - Yaralılar var
18 İyun 2022 10:43 HadisəBakıda binada liftin qırılması nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub. 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.
Xatırladaq ki, dünən saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi çoxmərtəbəli binada lift qırılıb. Nəticədə liftdə olan 4 qadın və 2 azyaşlı xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31