FHN-dən Bakının Xətai rayonunda baş vermiş yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Olaylar.az bildirir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtda fərdi yaşayış evində yanğın olub.

Olaylar.az xəbər verir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31