Nazirlik 8 nəfəri xilas edib
16 İyun 2022 17:06 HadisəAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.