Daşkəsənə yağan güclü yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib - FOTO
15 İyun 2022 23:06 HadisəDaşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.
Olaylar.az bildirir ki, kənd icra nümayəndəsi Kazım Kamalovun "Report"un Qərb bürosuna bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.
Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.
Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31