Bakıda hoteldə faciə - ərəb qadın öldü
13 İyun 2022 16:14 HadisəBakıda hotellərdən birində ölüm hadisəsi baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg" hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.
Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.
Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31