Su nasosunu təmir edərkən “tok” vurub öldürdü
13 İyun 2022 10:17 HadisəYardımlı RİH-in əməkdaşı su nasosunu təmir edərkən ölüb.
Prokurorluqdan Olaylar.az-a bildirilib ki, iyunun 11-də 1982-ci il təvəllüdlü rayon sakini Sərhad Sultanovun ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən S.Sultanov Viləş çayının kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31