İki piyadanı vuran sürücü aradan çıxıb

İyunun 9-da saat 21 radələrində Bərdə şəhəri ərazisində "VAZ-21011" markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək  saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31