Cəbrayılda ağır yol qəzası - Ölən və yaralananlar var
10 İyun 2022 11:06 HadisəCəbrayıl rayonunda ağır yol qəzası baş verib.
Bu barədə Olaylar.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.
Belə ki, Zamiq Əliyevin idarə etdiyi "Niva" və R.İsayevin idarə etdiyi "Great Wall Wingle" markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31