Qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstədir - DİN

Bakıda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub.Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin ( DİN) Mətbuat xidmətindən məlumat verilib. Rəsmi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb: "Məlum olub ki, R.Səfərovun üçüncü qrup əlilliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb".

Qeyd edək ki, ötən gün Bakıda "Gənclik" metrostansiyası yaxınlığında bir nəfər qadına qarşı əxlaqsız hərəkətə yol verib. Belə ki, qadın yol ilə gedərkən kimliyi məlum olmayan şəxs onun paltarını qaldırıb. Gənc yaşlarında olduğu deyilən şəxs ətrafdakı insanlar tərəfindən döyülüb. O, qaçaraq ərazidən uzaqlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31