Neft anbarında çən partlayıb
1 İyun 2022 15:55 HadisəOlaylar.az xəbər verir ki, Başqırdıstanda iyunun 1-də Beloretski rayonunda neft anbarında çən partlayıb. Nəticədə ən azı iki nəfər xəsarət alıb. Bu barədə "İnterfaks" xəbər yayıb.
Məlumata görə, hadisə ilə bağlı "Sistem-112" Zəng Mərkəzinə məlumat daxil olub. Zəng edən şəxs Jeleznodorojnı kəndində tankın partladığını və iki nəfərin yaralandığını bildirib.
Partlayışın nədən baş verdiyi və qurbanların hansı xəsarətlər aldığı hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31