Azərbaycanda yeniyetmə futbolçu faciəvi şəkildə öldü – FOTO
1 İyun 2022 10:18 HadisəMasallının "Ərkivan" futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub.
Olaylar.az-ın "Qafqazinfo"a istinadən məlumatına görə, o, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb.
Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə "Balaxanı" futbol klubuna qarşı çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31