Oğuzda 82 yaşlı qadın yanaraq öldü

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Olaylar.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31