Azərbaycanlı müğənni “Galendewagen”lə QƏZA TÖRƏTDİ - FOTO
27 May 2022 12:49 HadisəMüğənni Aytac Vidadiqızı ağır avtomobil qəzası keçirib.
Olaylar.az xəbər verir ki, sənətçinin "Galendewagen" markalı avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Onun idarə etdiyi maşın yararsız hala düşüb.
Hər iki avtomobilə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, ifaçı bir müddət əvvəl etdirdiyi bədən şəkilləndirmə əməliyyatı ilə gündəmə gəlmişdi. (Baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31