Xaçmazda TIR piyadanı vurub öldürdü

Xaçmaz rayonunda "TIR" piyadanı vuraraq öldürüb.

Hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Yük avtomobili Palçıqoba kənd sakini, 1995-ci il təvəllüdlü Muradov Şəmsəddin Çingiz oğlunu vurub.

Ş.Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31