“Aztelekom”un əməkdaşı faciəvi şəkildə öldü
20 May 2022 13:02 HadisəProkurorluq Şamaxıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
Olaylar.az Şamaxı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, mayın 19-u saat 10 radələrində Çuxuryurd kəndində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31