Abşeronda zavodun ərazisində yanğın baş verib
17 May 2022 13:50 HadisəAbşeronda zavodun ərazisində yanğın olub. Bu barədə Olaylar -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb. Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.
Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31