Laçında avtomobil aşıb, ölən var - RƏSMİ MƏLUMAT

Laçında avtomobil aşıb, ölən var.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi "Ural" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31