Sumqayıtda zavod yanır - yanğının söndürülməsinə helikopterlər cəlb edilib - VİDEO+YENİLƏNİB
28 Aprel 2022 20:34 HadisəSumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın davam edir.
Olaylar.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə, 2 helikopter cəlb edilib.
***
18:35
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.










Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31