23 yaşlı qız özünü tüfənglə öldürdü

Qəbələdə 23 yaşlı qız intihar edib.

Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə rayonun Nohurqışlaq kəndində baş verib.

1999-cu il təvəllüdlü kənd sakini Aysun Ədilova yaşadığı ünvanda ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib. 23 yaşlı qızın hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31