Daxili İşlər Nazirliyinin qarşısında vətəndaş özünü yandırmaq istəyib, bir nəfər yaralanıb
26 Aprel 2022 23:15 HadisəBu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.
Həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar:
"Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31