Bakıda gecə klubunda partlayışda yaralanan seneqallının vəziyyəti AÇIQLANDI

Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.

Olaylar.az  xəbər verir ki, həmin şəxs seneqallı qızdır.

Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Məlumatı "Report"a TƏBİB-dən də təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.

Report.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31