Qazaxda bədbəxt hadisə: yeniyetmə bacı-qardaş yaralandı
23 Aprel 2022 18:37 HadisəOlaylar.az bildirir ki, Qazaxda bədbəxt hadisə baş verib.
Hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.
Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31