Azərbaycan-İran sərhədində yanğın olub

Azərbaycan-İran sərhədində yanğın olub. Bu barədə "Olaylar"a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31