TƏBİB Göyçaydakı zəhərlənmə barədə məlumat yaydı

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Göyçay rayonunda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb. TƏBİB-dən "Olaylar"a bildirilib ki, 19 aprel saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub. "Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31