Evi uçqun altında qalan Lerik sakini üçün çadır ev qurulub
15 Aprel 2022 14:48 HadisəFövqəladə Hallar Nazirliyinə Lerik rayonunun Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a bildirilib ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lərmərud kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib. Həmçinin, Lerik rayonunun Dızdipok kənd sakini Əşrəfov Şirqasım Müseyib oğluna məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşın müvəqqəti yaşayışı üçün çadır ev qurularaq təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31