Hərbi prokurorluğun əməkdaşları kursantın öldüyü yerə və meyitə baxış keçirib

Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Olaylar.az bildirir ki, bu barədə Hərbi Prokurorluqdan cavab olaraq bildirilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

Olaylar.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31