Şəmkirdə yük qatarı iki nəfəri vurdu
12 Aprel 2022 10:19 HadisəŞəmkirdə yük qatarının iki nəfəri vurmasının təfərrüatları bəlli olub.Hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb.Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə hüquq müafizə orqanları cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31