Bakıda bu səfirliyin maşını piyadanı vurdu
9 Aprel 2022 14:23 HadisəAprelin 8-i Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az-ın məlumatına görə, 052 D 003 KİA markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hadisə Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.Avtomobilin Macarıstan Səfirliyinə məxsus olduğu bildirilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli sayta açıqlamasında hadisənin baş verməsini təsdiqləyib. O bildirib ki, xoşbəxtlikdən piyada yüngül xəsarət alıb./Modern/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31