Samuxdan yanan qoruq söndürülüb

Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31