Bakıdakı güclü yanğınla bağlı rəsmi MƏLUMAT - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Olaylar.az bildirir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın başlayıb.

Olaylar.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, sex kimi fəaliyyət göstərən ərazi yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və azı 10 yanğınsöndürmə avtomobili cəlb olunub.

Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31