Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var
5 Aprel 2022 18:41 Hadisəİçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Olaylar.az bildirir ki, bunu trend-ə Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
Onun sözlərinə görə, 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar:
"Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib",-deyə E.Hidayətoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31