Fəlakət zamanı xəsarət alanların müalicəsini sığorta qarşılasın-Razi Nurullayev
5 Aprel 2022 12:14 Hadisə"Əgər təbii fəlakət nəticəsində kimsə xəsarət alıbsa, onun müalicəsi tibbi sığortanın xidmətlər zərfinə əlavə edilsə yaxşı olar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.Deputat sədri olduğu Milli Cəbhə Partiyasının üzvünün ötən günkü güclü küləkdə xəsarət aldığını deyib: "Xəsarət alan şəxsi xəstəxanaya yerləşdirmişik və plastik əməliyyata ehtiyacı yaranıb. Amma bu əməliyyat icbari tibbi sığorta qarşılamır. Mən xahiş edirəm ki, buna baxılsın".
Spiker Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciətlə bağlı tapşırıq verib: "Musa müəllim, bu məsələni nəzərə almağınızı xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31