Özünü döydü, pulunu alıb aradan çıxdı
4 Aprel 2022 16:13 HadisəSumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aprelin 3-də saat 21 radələrində şəhər ərazisində bir nəfərin şəhər sakini A.Fəttayevi döyüb içərisində pulu və şəxsiyyət vəsiqəsi olan cüzdanını alması barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini M.Əzimov müəyyən edilərək saxlanılıb. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31